
Seçki Məcəlləsinə əsasən, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.
Amma, bizim bu Pənahov və dəyişməz komissiya üzvləri özlərinə əziyyət verməyiblər: Müxalifət partiyaların yeni namizədlərini görməzdən gəlib-MSK kimi DSK-nın da tərkibini olduğu kimi saxlayıb, üstəlik bəzi müxalif təmsilçiləri çıxdaş ediblər. Ən ağlamalı fakt isə “Əsas təcrübədir, bu üzvlərin təcrübəsi var” kimi “əsaslandırmalardır”. Bu “əsaslandırma” dünyada heç kimin ağlına gəlməzdi, bizim bu Pənahov və dəyişməz komissiya üzvlərinin başına soxulub. Bununla da Pənahov və dəyişməz komissiya üzvləri Azərbaycanda öldürdüklrəri Seçki Komissiyasını dəfn elədilər…Tüpürdülər seçkiyə də, müxalifətə də, müxalifətin təmsilçiliyinə də.
İlqar SALMANOV (yenixeber.org)
araz.az xəbər portalı.