“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyi davam etdirir

 bandicam 2021 08 20 20 50 49 790

Ölkənin ən böyük səsli ədəbiyyat kitabxanasını yaratmaq məqsədilə, “Nar” “Canlı kitab” sosial layihəsini davam etdirir.

Bu barədə, “Nar”dan araztv.com-a daxil olan məlumatda deyilir ki, bu günə qədər layihə çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından 35 müəllifin 276 əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib. “Radio Antenn” 101 FM-lə birgə hazırlanan layihənin məqsədi mütaliəni hər kəs, o cümlədən, görmə məhdudiyyətli şəxslər üçün daha əlçatan etməkdir.

bandicam 2021 08 20 20 52 16 853
Həmin məlumata görə, davamlı yenilənən “Canlı kitab” kanalında müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri asanlıqla dinləmək mümkündür. Bundan başqa, həftə sonları saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101 FM dalğasında “Canlı kitabı” birbaşa efirdə dinləmək mümkündür. Yayım, eyni zamanda, radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində aparılır. Həmin
“Canlı kitab” kanalını buradan izləyə bilərsiniz: youtube.com/c/CanlıKitab
Ümumiyyətlə,
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq, qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı isə, Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar”, ölkədə ilk dəfə olaraq, 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir