Azərbaycan XİN-dən İsrail səfirliyində baş verən özbaşınalıqla bağlı rəsmi açıqlama

ennnna.jpg

“İslaminSesi” xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Hikmət Hacıyev İsrail səfirliyinin əməkdaşları ilə haqqin.az saytının jurnalisti Eynulla Fətullayev arasında baş vermiş insidentlə bağlı açıqlama verib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan XİN-i xarici səfirliklərinin əməkdaşlarının bu cür davranışının qeyri-hüquqiliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edib:

“Azərbaycan XİN xarici səfirliklərinin əməkdaşlarının bu cür davranışının qeyri-hüquqiliyi haqqında xəbərdarlığı dəfələrlə edib. Və biz indi də yenidən Bakıda akkreditə olunmuş diplomatik missiyaların əməkdaşlarına öz fəaliyyətlərini diplomatik və konsulluq münasibətləri haqqında Vyana konvensiyasına uyğun olaraq həyata keçirməyə, yəni öz diplomatik imtiyaz və güzəştlərindən sui-istifadə etməməyə və olduqları ölkənin qanunlarına və vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırırıq”.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir