Talibanın Kabili ələ keçirməsindən sonra Əfqanıstanı tərk edən Əşrəf Qani ilk dəfə feysbuk hesabından xalqa və dünyaya səslənib.
Ə.Qani bildirib ki, onun Əfqanıstandan qaçdığını düşünənlər bütün detalları bilmədiklərinə görə onu ittiham etməməlidirlər.
“Prezident sarayından getməzdən əvvək külli miqdarda pul götürdüyümə dair ittihamlar tam yalan və əsassızdır”.
O, Birləşmiş Ərəb Əmirliklərinin onu qəbul etdiyini təsdiqləyib.
“Qan tökülməsinin qarşısını almaq və böyük bir fəlakətə mane olmaq üçün ölkədən getmək məcburiyyətində qaldım.
Əfqanlar üçün ədalət yolundakı mübarizəni davam etdirə bilmək naminə Əfqanıstana dönənə qədər digərləri ilə fikir mübadiləsi aparacağam. Yaxın gələcəkdə ölkəyə qayıdacağam.
Təhlükəsizlik qüvvələri məni ölkədən çıxmağa məcbur etdi. Əmlakımı və gizli sənədləri Əfqanıstanda qoydum”, – Ə.Qani bildirib.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.