Əşrəf Qani istefa səbəbini açıqladı

1629056103.4364

“Taliban” Kabilə hücum etməyə hazırlaşırdı”.

araztv.com  xəbər verir ki, bu barədə istefa verən Əfqanıstan prezidenti Əşrəf Qani özünün “Facebook”dakı hesabında yazıb.

“Düzgün qərar qəbul etdim. “Taliban” məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün radikal “Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar. Əfqanıstan prezidenti Əşrəf Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə Kabildən Tacikistana uçub və oradan Omana gedib.

bandicam 2021 08 16 14 10 43 439

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir