Maraqlıdır ki, Çin analitikləri varisin kimliyini dəqiqləşdirməklə bərabər onu da iddia ediblər ki, Putinin varisi həm də ABŞ-ı diz çökdürəcək.
Çinin Şohu analitik mərkəzinin əməkdaşları bu qənaətə gəliblər ki, Putindən sonra ölkənin başçısı Çeçenistanın prezidenti Ramzan Kadırov olacaq. Analitiklər hesab edir ki, Kadırov bir yandan Rusiyanın böyük hərbi-texniki imkanları, digər tərəfdən isə özünün sərtliyi sayəsində ABŞ-ı yerində oturda biləcək.
Xatırladaq ki, mövcud Rusiya konstitusiyası Putinə 2024-cü ildə, hətta ondan da sonra bir dəfə seçkidə iştirak etmək hüququ verir.
Ramil QULİYEV
araz.az xəbər portalı.