ADAU-da qudaların oyunu dosenti​n haray çəkməsinə səbəb olub

bandicam 2021 08 15 12 49 21 288

 
Bir-iki gün bundan öncə ADAU-nin dosenti​ Fariz ​ Ələkbərovun ölkə rəhbəri İlham Əliyev cənablarına, ​ DİM Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadəyə, Gəncə Şəhər Prokuroru cənab Azad Qarayevə və araztv.com-ın redaksiyasına ünvanladığı şikayət məktubunun bir surəti daxil olub.

Dosent​ Fariz ​ Ələkbərov ​ yazır: “Məlumunuz edirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Musa Bayramov, onun qudası, hansı ki, universitetin dosenti Namiq Hüseynov və ADAU-nun tələbə qəbulu üzrə məsul katibi Telman Musayev Dövlət İmtahan Mərkəzinin nüfuzuna zərbə vurmaqla məşğul olurlar. Əvvəllər bu şəxslər Müəllimlər İnstitutunda saxta tələbə qəbulu, saxta ​ diplom satışı ilə məşğul olurdularsa, bu gün isə ayrı-ayrı valideynləri aldadırlar. Yəni, onlardan pul alırlar ki, ​ guya övladlarını müxtəlif ali məktəblərə qəbul etdirəcəklər deyə, yalandan onlara vədlər verirlər. Əgər ​ abituriyentlər ali məktəblərə öz bacarıqları ilə qəbul olurlarsa, onda onların ​ bu nailiyyətini ​ Musa ​ Bayramov, Namiq Hüseynov və Telman Musayev niyə öz adlarına çıxırlar, DİM-dən ​ tapşırdığını ​ iddia edirlər?. Onlar deyirlər ki, imtahanda cavab kartında heç bir dairəni qaralamayın, ağ ​ salın, bizim DİM-də adamımız var, verdiyiniz pul Məleykə xanıma çatır, narahat olmayın həll ediləcək. Qısa desək, DİM-in nüfuzuna ləkə gətirməklə məşğul olurlar.​
​ ​ ​ ​ ​ ​ Daha bir faktı qeyd edək. Musa Bayramov İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olunmaq üçün sənəd vermiş abituriyent, Şəmkir şəhər sakini ​ Fəda Cəfərovanın valideynindən 50000 (əlli min manat) ruşvət almış və​ abituriyenti ora qəbul etdirməyi vəd etmişdir.Maraqlıdır ki, ilk imtahandan qiymət yazdırmağa da müvəffəq ​ olmuşdur. Bu faktı hüquq-mühafizə orqanları araşdırsa digər faktlar da ortaya çıxacaq.
​ ​ ​ ​ Möhtərəm ​ Prezident, hörmətli Məleykə xanım, hörmətli Azad müəllim! ​ ADAU əməkdaşlarının bu cinayət əməllərinin qarşısını almağı Sizdən xahiş edirik.

​ ​ ​ araztv.com xəbər portalı.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir