Nazir “Az-Evro Tel”in direktorunu da işdən azad etdi

resad nebiyevjpg 1611674324

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin törəmə müəssisəsi “Az-Evro Tel” MMC-nin direktoru Hidayət Ağayev vəzifəsindən azad edilib.

araztv.com Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Ramil Baxşiyevə həvalə olunub.

Xatırladaq ki, “Az-Evro Tel” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min ABŞ dollarıdır. Şirkət rabitə operatorudur, korporativ və fərdi istifadəçilərə geniş telekommunikasiya xidmətləri təqdim edir.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir