Aslan İsmayılov: “Əli Həsənovun tör-töküntüləri hələ də vəzifə başındadırlar”

bandicam 2021 08 11 00 20 08 009

“Prezidentin keçmiş köməkçisi Əli Həsənov mətbuata deyib ki, “hərə ağzına gələni danışır, vəziyyətim qoz kimidir”.

Nə qədər həyasız olasan ki, bu qədər olub keçənlərdən sonra da belə ədabazlıq edəsən. Belə baxanda özünə və təmsil oldunduğu hakimiyyətə uyğun davranır, çünki yüz milyonları taladı, cəmiyyətin əxlaqını pozdu, jurnalistikanı şantaja, reketçiliyə bulaşdırdı, yekunda dəyib toxunan olmadı, özü azadlıqda firəvan həyatında, qohum-əqrabası da vəzifə başındadır.
“Ramiz Mehdiyev və Əli Həsənov artıq yoxdur, onlarla nə işiniz vardır?” deyənlər, bilin, onlar heç yerə getməyiblər və bu gün də ölkədə söz sahibidirlər. Bunlardan biri həbsə gedəndə onların nə qədər müdafiəçiləri olduqlarının şahidi olacaqsınız”.

araztv.com xəbər verir ki , bu fikirləri  tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

Aslan İsmayılov deyib ki, nə qədər Əli Həsənovun tör-töküntüləri vəzifə başındadırlar, o zamana qədər Əli Həsənovun vəziyyəti də qoz kimi olacaq:

“Bu gün Əli Həsənovun özünü qoz kimi hiss etməyinə səbəb onun kadrlarının hələ də söz sahibi olmaları ilə bağlıdır. Mən bunun konkret nümunəsini real həyatda da görürəm. Onun dövründə sifarişlə məni söyənlər, ən əxlaqsız adamlar bu gün hələ də vəzifə başındadırlar”.

araztv.com xəbər portalı.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir