Nöqsanlara görə işdən çıxarılan rəisin yerinə yeni TƏYİNAT

vilayet

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

araztv.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis gətirilib. Bu vəzifəyə 4-cü Polis Bölməsinin polis mayoru Vəli Cəfərov təyin edilib.

Qeyd edək ki, 26-cı Polis Bölməsinin əvvəlki rəisi Faiq Bədəlov və Anar adlı müavini işlərində verdikləri ciddi nöqsanlara görə vəzifədən çıxarılaraq sərəncama götürülmüşdülər.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir