Ermənistan müdafiə nazirinin birinci müavini Arşak Karapetyan vəzifəsindən azad edilib.
Bu barədə Baş nazir Nikol Paşinyan sərəncam imzalayıb.
Xatırladaq ki, A. Karapetyan iyulun 20-də müdafiə nazirinin birinci müavini təyin edilmişdi. Bundan əvvəl isə o, Baş Qərargah rəisinin müavini vəzifəsində çalışırdı.
Arşak Karapetyan həm də istefa verən müdafiə naziri Vaqarşak Harutyunyanın səlahiyyətlərini icra edirdi.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.