Meşələr “Molotov kokteyli” ilə yandırılıb – VİDEO

MESE5

Xəbər verdiyimiz kimi, Türkiyənin Muğla vilayətinin Fəthiyyə rayonunda da meşə yanğını başlayıb.

araztv.com xəbər verir ki, rayonun bələdiyyə sədri Alim Karaca yanğınlarla bağlı danışarkən, bunun təxribat olduğunu bildirib:

“Bunların təxribat olduğunu biz bilirik. Vətəndaşlarımız dörd şəxsin burada bu yanğının baş verməsi üçün “Molotov kokteyli” və benzinlə hücum etdiyini, meşələri yandırdığını söyləyirlər. Hazırda ətraf mühasirəyə alınıb.

Bu dörd nəfəri tapmaq üçün bütün əməkdaşlarımız yerli əhali ilə birlikdə mübarizə aparırlar. Hotellər bölgəsi ilə bağlı olan problem nəzarətə götürülüb. Amma yanğın davam edir. Gecə olduğu üçün helikopterlərin müdaxiləsi mümkün deyil. Yanğını söndürmək üçün çalışırıq”.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/Z5rqIySqagw'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir