“Qarabağ”ın AEL-lə səfər oyunu başqa şəhərə keçirildi

227545161 319402989751066 8735228307253924688 n

Kiprdə AEL və “Qarabağ” arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun yeri dəyişdirilib.

araztv.com xəbər verir ki, qarşılaşma bu dəfə Limassol şəhərində təşkil olunmayacaq.

Avqustun 5-də Larnaka şəhərindəki “AEK Arena”da gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

AEL Limassol şəhərinin təmsilçisidir. Bu komanda rəqiblərini 13 500 tamaşaçı tutumuna malik “Tsirion” stadionunda qəbul edir.

“Şirlər”in Konfrans Liqasının II təsnifat mərhələsində Albaniya “Vlajniya”sını 1:0 hesabı ilə yendiyi görüş məhz doğma meydanında gerçəkləşib.

“AEK Arena” isə 7400 nəfərlikdir. 2020/2021 mövsümündə “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç “Molde”sini məhz bu stadionda qəbul edib.

Bir oyundan ibarət cütün taleyi penaltilər seriyasında rəqibin xeyrinə həll olunub – 6:5.

 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir