Qırx bir uşağın nazir valideyni — SİYAHI

bandicam 2021 07 30 10 18 17 152

Son illər Azərbaycanda yüksək ranqlı vəzifələrə kadr islahatları aparılıb. Ölkəmizdə demək olar ki, nazirlərin əksəriyyəti dəyişdirilib. 

araztv.com xəbər verir ki, Qaynarinfo.az 2013-cü ildən bu yana təyin olunan nazirlik, komitə və agentlik rəhbərlərinin övladları ilə bağlı araşdırma edib. Məlum olub ki, ölkəmizdə yeni təyin olunan nazirlik, komitə, agentlik rəhbərlərinin ən çox 4 övladı var. 

Baş nazir Əli Əsədov – Ailəlidir, iki övladı var. 

Müdafiə naziri Zakir Həsənov – Ailəlidir. Üç övladı var.

Müdafiə Sənayesi naziri Mədət Quliyev – 4 uşağı var. Murad və Qəzənfər adında iki oğlu, Xədicə və Umayra adında iki qızı var.

Daxili İşlər naziri Vilayət Eyvazov – Ailəlidir, üç övladı var. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov – Evlidir, 2 övladı var.

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov – Evlidir, 2 övladı var. 

Təhsil naziri Emin Əmrullayev – Ailəlidir, 2 övladı var.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev – Ailəlidir, 2 övladı var.  21 aprel 2018-ci ildə nazir vəzifəsinə gələndə bir övladı var idi. 

Səhiyyə Naziri vəzifəsini əvəz edən Teymur Musayev – Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat əldə edə bilmədik.

Kənd Təsərrüfatı Naziri İnam Kərimov – Evlidir, iki övladı var. 

Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev – Ailəlidir, 2 övladı var.

Energetka Naziri Pərviz Şahbazov – Ailəlidir. İki övladı var.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev- Ailəlidir, övladı yoxdur. 

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev  – Ailəlidir, 3 övladı var.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli – Ailəlidir, 3 övladı var.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev – Ailəlidir, 2 övladı var.

 Bakı Metropoliteninin sədri Zaur Hüseynov – Ailəlidir, bir oğlu və bir qızı var.

Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev – Ailəlidir, iki övladı var.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov – Evlidir, iki övladı var.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev – Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov – Evlidir. 

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev –  Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova – Ailəlidir, bir qızı var. 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir