Nazir müavini çalışdığı qurumda qardaşına yüksək vəzifə verib

nazir1626960650

Xəbər verdiyimiz kimi, Rövşən Mürvət oğlu Rüstəmov 14 iyun tarixində Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini təyin edilib. 

araztv.com  xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, Rövşən Rüstəmov bu vəzifəsindən əvvəl “Azərkosmos” ASC-nin sədr müavini vəzifəsində çalışıb və nazir Rəşad Nəbiyevlə yaxın əlaqələri var. Elə bu səbəbdən Rövşən Rüstəmov Rəşad Nəbiyevin təqdimatı əsasında Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini təyin olunub. 

Qardaşı Rüstəmov Heydər Mürvət oğlu isə Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin maliyyə sektorunun müdiri vəzifəsində çalışıb. 

Qardaşının yüksək vəzifəyə təyinatından bir neçə ay əvvəl Rüstəmov Heydər Mürvət oğlu  nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Dövlət Radiotezliklər İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir