Dünyada acından ölənlərin sayı koronavirusdan ölənlərin sayını üstələyib

f6ef9d26 fd07 43b1 b65f ac7d7fc3522a 850jpg 1625827832

2020-ci ildə dünyada hər dəqiqə 11 nəfər aclıqdan, 7 nəfər isə koronavirusdan (COVID-19) ölüb.

Bu barədə mərkəzi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Oxfam” beynəlxalq yardım təşkilatının “Aclıq Virusu Yüksəlir” adlı hesabatında bildirilir.

Sənədə əsasən, ötən il acından ölənlərin sayı əvvəlki illə müqayisədə təxminən 6 dəfə çox olub. Kəskin artıma səbəb kimi qlobal istiləşmə, pandemiya ilə əlaqədar ərzaq qiymətlərinin 40% artması göstərilir.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir