Türkiyə Maarif Vəqfi Azərbaycanda fəaliyyətə başlayacaq

senedlesme34Türkiyə Maarif Vəqfinin Azərbaycanda təhsil fəaliyyətinə başlaması işləri sürətləndirilir.

Bu barədə Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub.

Sənəddə qeyd edilib ki, 2021-2022-ci illərdə Türkiyə Maarif Vəqfinin Azərbaycanda təhsil fəaliyyətlərinə başlaya bilməsi üçün Anlaşma Memorandumunun imzalanması sürətləndiriləcək.

Türkiyə Maarif Vəqfinin fəaliyyətlərini, imtiyaz və istisnalarını tənzimləyəcək hökumətlərarası sənəd layihəsi diplomatik kanallar vasitəsi ilə Azərbaycan tərəfinə təqdim ediləcək.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir