Şəmkirdə sel avtomobili aparıb, 3 nəfər yaralanıb

bandicam 2021 07 07 23 56 51 862Şəmkir rayonunda yağmurlu hava şəraiti səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.

araztv.com  “Report”-a istinadən xəbər verir ki, hadisə rayonun “Kraz yolu” deyilən yolda qeydə alınıb.

Belə ki, sel bir avtomobili apararaq digər avtomobilə çırpıb. Nəticədə üç nəfər xəsarət alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onlardan ikisinin kimliyi məlum olub – Bənövşə Musayeva və İlqar Musayev. Faktla bağlı araşdırmalara başlanılıb.

 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir