Azərbaycan Prezidenti: “Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasına ABŞ dəstəyini yüksək qiymətləndiririk”

ilham89

“İrimiqyaslı enerji layihələri, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sıx əməkdaşlığımız Azərbaycan-ABŞ münasibətlərini səciyyələndirən mühüm istiqamətlərdəndir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenə ünvanladığı məktubda qeyd edib.

“Biz enerji təchizatı marşrutlarının diversifikasiyası, xüsusilə də Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasına Birləşmiş Ştatların göstərdiyi dəstəyi yüksək qiymətləndiririk”, – deyə Azərbaycan dövlət başçısı vurğulayıb.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir