Azərbaycanlı jurnalistin məqaləsi Rusiyanın ən nüfuzlu jurnalında dərc olundu

bandicam 2021 07 02 22 54 40 315

Rusiyada yaşayan azərbaycanlı jurnalist, filologiya elmləri namizədi Anar Həsənovun Vətən müharibəsinə həsr edilən ilk məqaləsi dərc olunub.

Demokrat.az xəbər verir ki, azərbaycanlı jurnalistin “Ermənistan-Azərbaycan müharibəsinin Rusiya KİV-ində şərhi” adlı məqaləsi Rusiyanın ən nüfuzlu jurnalı olan “Moskva Universiteti Bülleteni 10-cu bölüm, Jurnalistik”da «Вестник Московского Университета. Серия 10. Журналистика» dərc olunub. Bu, Vətən müharibəsinə həsr edilən media sahəsindəki ilk elmi məqalədir. Məqalə Azərbaycan Ordusunun keçən ilin sentyabrından noyabrına qədər keçirdiyi “Dəmir yumruq” əməliyyatının Rusiya KİV-ində işıqlandırılmasının təhlilinə əsaslanır. Mövzu ilə bağlı müqayisələrə yer verən müəllif müharibə dövründə Rusiyada fəaliyyət göstərən KİV-in, xüsusilə qəzetlərin müharibə ilə bağlı dərc etdiyi xəbərlərə diqqət çəkir. A. Həsənov məqaləsində bu xəbərlərin oxuyucular üçün nə dərəcədə maraq cəlb etməsinə, gündəmin formalaşmasına səbəb olan çıxışların dərc edilməsinə toxunub. 

Aygül Qarayeva
Demokrat.az

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir