Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən məhv edilmiş 3 783 əsgər və zabitinin meyiti və qalıqları bu ölkənin Səhiyyə Nazirliyinin müvafiq orqanları tərəfindən məhkəmə-tibb ekspertizasından keçirilib, daha 81 nümunə DNT ekspertizası mərhələsindədir.
araztv.com Report-a istinadən xəbər ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin “Antifake.am”ın sorğusuna cavabında bildirilir.
Qeyd edilir ki, 2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 iyununa qədər məhkəmə-tibb ekspertizasından 3 783 meyit və qalıqlar keçirilib.
“25 iyuna olan məlumata görə, 81 nümunə DNT ekspertizası mərhələsindədir”, – nazirlikdən bildirilib.
Qeyd edək ki, bütün bunlarla yanaşı, Ermənistan müharibədə itkin düşən hərbçilərini də axtarır. Ölkənin Müdafiə Nazirliyi itkilərlə bağlı yekun rəqəmi hələ də gizli saxlayır.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.