Müdafiə Nazirliyi keçmiş döyüşçülərlə bağlı tapşırıq verdi

mudafiee

Müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş tərəfimizdən qəbul edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş zamanı qeyd edilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.

Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir