DÜŞMƏNİN İTKİLƏRİ: 12750 leş, 11000 yaralı və 110 nəfər itkin…

byt 690x400Fedai.az Araşdırma Qrupu daha bir araşdırmanı yekunlaşdırıb. Araşdırmamız 44 günlük Vətən müharibəsində düşmən ordusu öz şəxsi heyətindən itirdiyi canlı qüvvəsinin sayı elan etdiyimiz kimi 12750 nəfərdən artıq olduğunu sübut edə bilmək gücündədir. Rəsmi olaraq Ermənistan 11 min nəfərin müxtəlif dərəcəli xəasrətlər almasını təsdiq edir. 2020-ci ilin payızında Dağlıq Qarabağdakı müharibə zamanı təxminən 11 min erməni əsgəri və könüllü yaralanıb, Ermənistan Silahlı Qüvvələrinin hərbi tibb idarəsinin müdir müavini Qeqam Paşikyan deyib (28.03.2021).

Paşikyan bazar günü jurnalistlərə «Hərbi personal, polis məmurları, Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları, könüllülər arasında xəstəxanalardakı 44 günlük müharibə zamanı 11 min yaralı və xəstə var idi» — deyib.

Onun sözlərinə görə, bunlardan 55% -i yüngül, 35% -i orta dərəcəli, 7% -i ağır, 2% -i isə olduqca ağır dərəcəli xəsarətlər alıb.

Bu işdə erməni leşlərinin kömüldüyü məzarların hesabatını saytımızın könüllülərindən olan Əli Nəsib Zərdabi aparıb. Az bir qisim fotoları sizlərə təqdim edirik.

Daha öncə Aprel döyüşləri ilə bağlı analoji araşdırmanı aparmışdım. Təkcə mənim araşdırmamda göstərdiyim 545 nəfər düşmənin canlı qüvvə itkisi illər sonra Paşinyanın yaratdığı komissiya tərəfindən öz təsdiqini tapdı və cəmi 2 nəfər səhv etmişdim. Yaradılmış komissiya bu rəqəmin 547 nəfər olmasını elan etdi. Əlbəttə bizim bəzi qondarma hərbdən xəbərsiz hərbi ekspertlərimiz bu araşdırmanı hədəfə alan dayaz fikirlər səsləndirmişdilər.

2016-cı il hesabatımızdakı rəqəmi təqdim edirik: «INTERFAX.RU — Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin Qarabağda öldürülən 550 erməni əsgəri barədə mesajını təkzib edib. Amma bu təkzib reallığı əks etdirmir. Çünki 15 zenit-raket kompleksi (ZRK) vurulduğunu, onlarla ölü və yaralı olduğunu Araik Arutunyan adlı quldurbaşı etiraf edib. Üstəlik, cəbhə xəttinin 3 istiqamətdə yarıldığını və düşmənə məxsus DOT-ların vurulduğunu da qeyd ediblər. İlkin itkilər barədə təkzib olunmayan Azərbaycan MN-nin verdiyi məlumatda 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 8 ədəd artilleriya qurğusu məhv edilməsi sübutlarla elan edilib.

Hədəflərin dəqiqliklə vurulmasına uyğun hesabatlara diqqət etsək düşmən ən azı 500 nəfər itki verdiyini hesablamaq üçün hərbçi olmağa ehtiyac yoxdur. Artilleriya və Dron-larla dəqiq vurulmasıyla verilən itkilər çox saylı olmasıyla fərqlənir.

Bərpa olunmayacaq canlı qüvvə itkiləri (безвозвратные потери)

— ZRK -18×17=306×75%=229
— Tank (ekipaj) -22×5=110
— Ön postlar, Сəbrayıl, Füzuli —105
— Ağdərə, Talış və s. istiqamətlər —27
— Murov aşırımı — 30
— Artileriya qurğusu-8 x7=56×75%=42
— Mülkü əhali — 2


Cəmi: 545 nəfər

Nikol Paşinyan Aprel döyüşlərini araşdırmaq üçün komissiya yaradandan sonra bizim hesabat öz təsdiqini tapdı. İllər sonra Aprel müharibəsini araşdıran istintaq komitəsinin sədri Andranik Koçaryan mətbuat konfransında demişdi:

“Biz 2016-cı ilin aprelində 547 nəfər əsgər və zabit itirmişik.” Andranik Koçaryan bu günə qədər itkilərin gizli saxlanılmasını belə izah etmişdi».

”Hazırda komissiya Aprel müharibəsi üzrə istintaq komissiyası çərçivəsində çox ciddi addımlar atır. Komissiya əsasən hazırlıq mərhələsini keçmişdir. Biz ciddi araşdırma aparırıq. Etiraf edirik ki, aprel savaşında itkilərimiz olduqca çox olub. Bu savaşda 547 nəfər itirmişik. Bu günə qədər bu nəticə indi açılır. Bunu gizlin saxlanılması hakimiyyətin planının tərkib hissəsi olub“ – deyə Koçaryan bildirmişdi.

İndi isə 2020-ci il düşmən itkilərinin şərhinə diqqət edək.

İqtidaryanlı media və parlamentarlar bu rəqəmin 5000 nəfər ölü və daha 5000 nəfər itkin şəxsin olmasını deyirlər. Müxalifət isə müvafiq olaraq bu rəqəmin 7000-7800 nəfər ölü və 5000 nəfər itkinin olmasını bildirirlər. Ortaq rəqəm itkinlər haqqında olan 5000 nəfəri Rusiyanın Sülhməramlıları Qərargahından da təsdiqləyərək bildiriblər ki, onlara 5000 itkinin tapılması ilə bağlı müraciətlər var. Deməli, gizlədilmiş leşlərin sayı 5000 nəfərdir. Bu gizlədilmiş erməni leşlərinin saxlanc yerləri barədə qalmaqallı video və fotolar yayınlanmasını da hər kəs bilir.

Ermənistan hökuməti rəsmən 4775 nəfərin öldüyünü iddia edir. Həmçinin separatçı rejim isə öz itkilərini 1779 nəfər olmasını bildirib. Bu iki rəqəm 4775+1779=6554 nəfər. Lakin Ermənistan Səhiyyə nazirliyindən dekabr 2020-ci il məlumatda deyilir: «2.996 ölən hərbçinin cəsədləri məhkəmə-tibbi ekspertizadan keçirilib. Müharibənin başlayandan bu günə qədər 1816 DNT nümunəsi qohumlarından, 993-ü ölənlərin cəsədlərindən götürülmüşdür. DNT-yə əsaslanan cəsədlərin tanınması prosesi davam edir»-Armenpress dövlət xəbər agentliyinə bu sözləri Ermənistan Səhiyyə Nazirliyinin Mətbuat katibi Alina Nikoqosyan deyib. Fakt ortadadır. Yəni artım 1700 nəfərdən artıqdır.

Düşmənin texniki sahədə itkiləri isə belə olub: 44 gün davam edən müharibə nəticəsində düşmən 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olunub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib.

Düşmən itkilərini artıq bu texnikalar üzərindən deyil, aktiv döyüş əməliyyatlarının apardığı sahələr, təmas xəttinin uzunluğu, hərbi strateji hədəflər düşmən itkilərinin miqyasının böyük olmasını şərtləndirir.

Ohanyan xətti adıyla sırınan müdafiə xəttinin ləğv edilməsi, xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah — sursat anbarları da yox edilməsi Ermənistanın regionda mövcud olan 40 minlik hərbi qabiliyyətli canlı qüvvəsinin əsas hissəsinin məhv edilməsi ilə başa çatıb. Yəni Rusiyanın yaratdığı qondarma-terrorçu «Artsax Müdafiə ordusu» demək olar ki, darmadağın edilib. 12750 leş və 11 min nəfər yaralı. Yəni, düşmən ordusunun 60%-i məhv edilib. Qəhrəman Azərbaycan ordusunun qəhrəman əsgərləri hər gün 289,77 nəfər erməni gəbərdiblər.

Bu faktın təsdiqi üçün aylarla erməni leşlərini məzar-məzar sayaraq, faktı təsdiqləyən Fedai.az könüllüsü və müxbiri Əli Nəsib Zərdabiyə minnətdarlığımı bildirirəm. Əli Nəsib Zərdabi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif edildi.

Nəticə: Düşmən Ermənistan öz itkilərini Aprel döyüşlərində olduğu kimi gizləyir. Düşmən 44 günlük müharibədə 12750 nəfər leş, 11 min nəfər yaralı və 110 nəfər itkinlə çıxıb. Tanrı səni qorusun, Azərbaycan Əsgəri!

P.S. Fotolar üzrə 12 minlik leşin məzarı incələnib. Paşinyan sadəcə 5000 itkin adıyla axmaq erməniləri barmağına dolayıb. Hər bir leşin məzarı məlumdur. 1776 leş Qarabağ ərazisində, qalanları isə Ermənistanda, müxtəlif bölgələrdə və bir də gorbagorların basdırıldığı Erablur peyinliyindədir…

Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir