Rusiyada əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun anım günü keçirilib.
araztv.com-ın məlumatına görə, ötən ayın sonunda keçirilən anım günündə Surqutda, Xantı-Mansiyskdə və Qornopravdinsk qəsəbələrində Fərman Salmanovun abidələri açılıb.
Qornopravdinskdə qoyulmuş abidədə heykəltəraş 11 il əvvəl dünyasını diyişmiş azərbaycanlı alimi Yuqra torpağı ilə addımlayan şəkildə təqdim edib. Arxa fonda isə tayqa meşələri və neft buruqları təsvir edilib. Qornopravdinsk qəsəbəsində ona abidə boş yerdən qoyulmayıb, çünki bu qəsəbənin əsasını Fərman Salmanov qoyub.
Fərman Qurban oğlu Salmanov 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanıdır. O, Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir.
O tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gəlir və Sovet rəsmilərinin icazə olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surgut bölgəsinə getməyi qərara alır. O vaxt Sovet geoloji dairələrində Sibir perspektivsiz ərazi kimi təqdim edilirdi. Rəsmi dairələr Salmanovun bu qərarına görə ona qarşı cinayət işi qaldırmaq istəyirlər, lakin komandasının tətil hədə-qorxuları hakimiyyət dairələrinin misiyaya raziliq verməsi ilə nəticələnir.
Salmanov 1961-ci ilin 21 mart tarixində Megion yatağını kəşf edir. Yatağa qazılmış ilk kəşfiyyat quyusu neft fontanı verir. Salmanov əleyhdarlarına belə bir məktub yazır: “Möhtərəm yoldaşlar, Megyonda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı”. Salmanovun SSSR Geologiya nazirliyindəki əleyhdarları hadisənin təbii anomaliya olduğunu deyir və neft fantanın tezliklə tükənəcəyini bildirirdilər. Salmanov Üst-Balıqda ikinci neft-qaz yığımını kəşf etdikdən sonra Kommunist Partiyasının 22-ci konqresinə Sovet lideri Nikita Xuruşova məktub ünlanlayır. “Mən neft tapmışam. Bax belə”. Tezliklə Sovet liderləri Salmanovun kəşflərinin əhəmiyyətini dərk edirlər və Sibir qısa müddətə ölkə iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevrilir.\İstiPress\
araz.az xəbər portalı.