“Kristal Abşeron” geri çəkildi: Şəhid ailəsinin problemi həll edildi

z 154 660x330

Xəbər verdiyimiz kimi, şəhid Əzizov Teymur Əli oğlunun Sumqayıt şəhər, 10-cu mikrorayonda “Kristal Abşeron” MTK-nın tikdiyi binadan aldığı evin aylıq ödənişləri ailəsi tərəfindən ödənilə bilmədiyi üçün ailə ilə şirkət arasında problem yaranmışdı.

Belə ki, şəhid ailəsindən verilən məlumata görə, şirkət rəhbərliyi onları qəbul edib.

“Kristal Abşeron”un direktoru Məhayət Nəbiyev ailəyə məsələni mətbuatdan oxuduğunu deyib. Daha sonra daxili kreditlə alınan evin faiz hissəsi, yəni 57 min manatı və noyabr ayından yığılan 5 min 800 manat cərimə ləğv edilib.

 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir