Rusiya Göyçəni Azərbaycana qaytarır? – KUZNETSOVDAN ŞOK AÇIQLAMA

1624051661 kuznetsov boyuk 1Ermənistanda hakimiyyətə kim gəlirsə-gəlsin, artıq üç fakt danılmaz olaraq erməni xalqı tərəfindən qəbul olunacaq: Qarabağ Azərbaycandır, Ermənistan məğlub ölkədir, dövlət sərhədi Azərbaycanın istədiyi yerdən keçəcəkdir! araztv.com  bildirir ki. bu barədə “Axar.az”a tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

“Hətta sərhədlər 1975-ci ilin xəritələri ilə deyil, 1921-ci ilin xəritələri ilə çəkilə bilər”, – deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə əsasən, Ermənistanın daxili siyasi həyatı getdikcə daha çox “Şapito” sirkinə oxşayaraq “Absurd teatrına” çevrilir. “Erməni siyasətçilər öz xalqına, onların milli-dini şüuruna xas olan ən pis, mental cəhətlərini bütün dünyaya göstərdilər. Dünya ictimaiyyəti ermənilərin iç üzlərini gördü”, – deyə Kuznetsov qeyd edib.

Xatırladaq ki, Azərbaycan Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi torpaqlarımız kimi onun tərkibində olub. 1920-ci ildə Azərbaycanı işğal edən rus bolşevik imperiyası dədə-baba ərazilərimiz olan Zəngəzur, Göyçə, Şərur və Dərələyəz mahallarını, eləcə də Dilican ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir.

 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir