“Şuşa Bəyannaməsinə dəstək verən partiyalar siyasi məhsuliyyətini dərk edənlərdir” – DEPUTAT

modern.az 05.03.2021 1614948407

Şuşa Bəyannaməsinə ölkədə fəaliyyət göstərən 48 siyasi partiyanın dəstək ifadə etməsi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Bu dəstək ölkədə siyasi birliyin, həmrəyliyin inkişafına töhfə verəcək addım kimi dəyərləndirilir.

Qeyd edək ki, 15 iyunda Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Bəyannamə iki ölkənin hərbi, siyasi, iqtisadi və digər sahələrdə birgə əməkdaşlığını, o cümlədən üçüncü bir ölkə tərəfindən təhdid olarsa, birgə mübarizə qoşulacağını rəsmiləşdirən sənəddir.

Şüşa Bəyannaməsinin imzalanmasında qısa zaman sonra ölkədə fəaliyyət göstərən 48 partiya bu sənədə dəstək bəyanatı yaydılar.

Dəstək bəyanatına imza atan Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı Cebhe.info-ya açıqlamasında deyib ki, ölkədə gedən ictimai-siyasi xarkater daşıyan proseslərdə partiyaların mütləq əksəriyyəti öz mövqeyini ortaya qoydu:

“Bu mövqe isə Azərbaycan xalqının, dövlətinin maraqlarına xidmət edir. Tovuz döyüşündən başalayaraq bu günədək biz bunun şahidiyik. Son Şuşa Bəyannaməsinə siyasi partiyaların verdiyi yüksək qiymət bir daha Azərbaycandakı siyasi partiyaların dövlətçi mövqedə durduğunu nümayiş etdirir”.

F.Ağamalı əlavə edib ki, Şuşa Bəyannaməsi olduqca ciddi tarixi əhəmiyyət kəsb edən sənəddir:

“Bu, uzun illərdən bəri Azərbaycan Türkiyə arasındakı qardaşlıq münasibətlərinin məntiqi zirvəsidir. Dümək olar ki, 44 günlük müharibə ilə erməni işğalına son qoyan igid əsgər və zabitlərimiz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazdığı tarixlə Şuşa Bəyannaməsinin qəbulu üçün əlverişli zəmin və imkan yaratdı. Əgər bizim qələbəmiz olmasaydı, təbii ki, Şuşa Bəyannaməsi də imzalanmayacaqdı.

Yəni Şuşa Bəyannaməsinin mənbəyi Azərbaycanın zəfəridir. Qalib gəlmiş ordumuzun bizə verdiyi imkanlardır ki, bundan ölkə Prezidenti bu imkandan yararlanaraq Türkiyə ilə münasibətlərin yüksək səviyyədə qurulması üçün cənab Ərdoğanla belə bir sənədin imzaladı.

Beləliklə də, nəinki Qarabağın taleyi bütövlükdə həll olundu, eyni zamanda Azərbaycanın təhlükəsizliyi təminat altına alındı. Bəyanatda öz əksini tapan bütün istiqamətlər Azərbayca və Türkiyənin dövlət maraqlarına birbaşa xidmət edir.

Bu sənəd gələcəkdə türk dövlətlərinin vahid ittifaqda birləşməsi üçün ciddi əsaslar yaradır. Bütün bunları nəzərə alaraq, bütün partiyalar siyasi məsuliyyətini dərk edərək belə bir Bəyannamənin qəbul edilməsinə özünün yüksək qiymətini verdi”.

Vilayət Muxtar
Cebhe.info

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir