Türkiyəli deputatlar: Seçkilər yüksək səviyyədə təşkil edilib

1523445997_1523448215540441688_1000x669.jpg

Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil edilib. Hər şey qaydasında davam edir, indiyədək heç bir problemlə rastlaşmamışıq.

Qafqazinform.az Azərtac-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından olan deputatı Necdet Ünüvar deyib.

Türkiyəli deputat 11 aprel tarixinin Azərbaycan xalqı üçün önəmli bir gün olduğunu qeyd edib. O deyib ki, Azərbaycan strateji əhəmiyyəti olan mühüm bir ölkədir. Bu seçkilərə böyük maraq var.

Necdet Ünüvar səsvermə başlayandan müxtəlif seçki məntəqələrində olduqlarını, prosesi yaxından izlədiklərini deyib.

Milliyətçi Hərəkat Partiyasından deputat Kamil Aydın da seçkilərə çox yaxşı hazırlıq işlərinin görüldüyünü bildirib: “Bir çox seçki məntəqəsində səsvermənin gedişini müşahidə etmişik və hər şey yüksək səviyyədə təşkil olunub. Seçkilərin bu cür keçirilməsi ölkədə demokratiyanın inkişafından xəbər verir”.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir