Sarkisyanın qardaşı oğlu həbs edildi

bandicam 2021 06 16 23 58 13 017

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan beş il yarım müddətinə həbs cəzasına məhkum edilib.

araztv.com oxuməni.az-a istinadən xəbər verir ki , müvafiq hökm hakim Vahe Misakyan tərəfindən verilib.

Məhkəmə bildirib ki, N.Sarkisyanın artıq bir müddətdir həbsdə olduğu nəzərə alınaraq, o, 3 il 6 ay həbsdə qalacaq.

Qeyd edək ki, N.Sarkisyana qarşı cinayət işi 2018-ci ildə açılıb və o axtarışa verilib.

Keçmiş prezidentin qardaşı oğlu qanunsuz silah saxlama, narkotik ticarəti və adam qaçırmaqda günahlandırılır.

2018-ci ilin dekabrında N.Sarkisyan Praqada tapılıb. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onu Ermənistana təhvil verməyə razı olub və 2019-cu ilin dekabrında o, Ermənistana ekstradisiya olunub.

N.Sarkisyan ona qarşı irəli sürülən ittihamlara görə özünü təqsirli bilib.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir