Nazir fotoları yayılan polis rəisinin sürücüsünü xidmətdən qovdu

vilayet1623667872

Sosial şəbəkələrdə intim fotoları yayılan polis əməkdaşı xidmətdən qovulub.

araztv.com qafqazinfo-ya istinadən xəbər verir ki, Gədəbəy rayon Polis Şöbəsinin rəisi Mehman Həşimovun sürücüsü Çingiz Ruşanovun fotoları yayılıb. Bu şəkillərə görə Ç.Ruşanov polis sistemindən qovulub.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, həmin fotolar bir neçə ay öncə aşkarlanıb: “Məsələ ilə bağlı qeyd etmək istəyirəm ki, polis baş serjantı Çingiz Ruşanov cari ilin fevral ayında daxili işlər orqanlarından xaric edilib”.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir