
Bu gün Əsrlərə bərabər ömür yaşayan şəxsiyyət Qəhrəmanımız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayevin doğum günüdür. Yaşasaydı 61 yaşı, yubileyi olacaqdı. Cənnətdəki doğum günün, yubileyin mübarək.
Allah rəhmət eləsin, ruhun şad olsun Amin
O öz həyat və fəaliyyəti ilə xalqına, millətinə, dövlətinə və dövlətçiliyinə şərəflə xidmətin bir nümunəsini göstərdi. İnsanın bu dünyadan nə rütbə, nə vəzifə nə də şan-şöhrət aparmadığını, özündən sonra təmiz adının qaldığını sübüt etdi. Bu bir örnəkdir. Öz mənalı ömrü ilə bir kişilik məktəbi yaratdı. O Adı çəkiləndə qürur duyduğumuz General Rasim Musayevdir.
araztv.com xəbər verir ki, Musayev Rasim İslaç oğlu 1960-cı il iyunun 10-da Tərtər rayonununda anadan olub. Əslən Göyçə mahalının Kiçik Məzrə kəndindəndir.
Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin (2011-ci ildə Gəncə şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib) rəisi vəzifələrində çalışıb.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
Rasim Musayev xahişi nəzərə alınaraq 2013-cü il yanvarın 21-də Daxili İşlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.
2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.
3 sentyabr 2015-ci ildə Bakı şəhərində ürəktutmasından (55 yaşında) vəfat etmişdir. Mehdiabad qəbiristanlığında dəfn edilib.
Ailəli idi. İslam, Firuzə və Lalə adlı üç övladı var. İslam Daxili İşlər Orqanlarında xidmət edir.
Peşəkar polis işçisi olan Rasim Musayev uzun illər Daxili İşlər Orqanlarında xidmət edib. O, təcrübəli polis əməkdaşı olmaqla yanaşı, öz peşəkarlığı, cinayətkarlığa qarşı mübarizədə prinsipiallığı, həmçinin, polis əməkdaşları arasındakı şəxsi nüfuzuna görə həmişə diqqəti çəkib və yuxarı instansiyalar tərəfindən qiymətləndirilmişdir.
Həmkarları və ictimaiyyət arasında böyük nüfuz saibi olan Rasim Musayev çoxsaylı cinayət törətmiş dəstənin aşkar edlməsi, sui-qəsdlərin, ev oğurluqlarının, qətllərin və digər cinayət hadisələrinin törədilməsində iştirakçı olan şəxslərin yaxalanmasında bir bölmə rəisi kimi xüsusi xidmətləri olmuşdur.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.