Sarkisyan seçicilərin səslərini rüşvətlə almağa çalışır

cv

Ermənistanda daha bir seçki qalmaqalı yaşanır.

 Ölkənin keçmiş prezidenti Serj Sarkisyanın blokundan parlamentə namizədliyini irəli sürmüş Armavir şəhərinin keçmiş meri Ruben Xlqatyan məhkəmə qərarı ilə həbs olunub.

araztv.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata əsasən, deputatlığa namizəd iyunun 10-da adı açıqlanmayan Canfid kənd sakininə 9 milyon dram (17.3 min dollar) verərkən saxlanılıb. Bu vəsaitin seçici səsləri müqabilində kəndlilərə rüşvət qismində paylanması nəzərdə tutulub.

Faktla bağlı cinayət işi açılıb və Xlqatyanla yanaşı, pulu alan kənd sakini də saxlanılıb

 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir