Nikol Paşinyan: Əsl xain Robert Köçəryandır – Ermənistanda gərginlik davam edir

pasinyan

Ermənistanın baş naziri vəzifəsini icra edən, “Vətəndaş müqaviləsi” blokundan baş nazirliyə namizəd Nikol Paşinyan Lori vilayətinin sakinləri ilə görüşündə işğalçı ölkənin terrorçu eks- prezidenti, “Ermənistan” blokundan baş nazirliyə namizədi Robert Köçəryanın Şuşanın qəsdən təslim edilməsi haqda şübhələrinə münasibət bildirib.

araztv.com oxuməni.aza istinadən xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

Paşinyana görə, bir çoxları, o cümlədən Ermənistan daxilində olanlar, erməni tərəfinin son müharibədə qalib gəlməməsi üçün mümkün olan hər şeyi ediblər.

“Əlbəttə, Şuşa qəsdən təslim edildi. Çünki Şuşanı müdafiə etmək əvəzinə sizlər hücum etmək üçün Respublika Meydanındakı hökumət binasını mühasirəyə aldınız. Bəs niyə Şuşanın təslim olmasını gözlədiniz?” – deyə Nikol Paşinyan sual edib.

Paşinyan əlavə edib ki, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan Şuşanın təslim olma əmrini kimin verdiyini söyləməlidir. “Yəni mən də əmr verdim, o da?” – deyən Nikol seçicilərdən birinin əsas xainin icraçının olması iradına cavab olaraq söyləyib: “Bəli, əsas xain odur”.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir