Bakıda kütləvi dava: 1 qadın və 2 kişi bıçaqlanıb

skorujpg 1623012508

Bakıda bıçaqlanma ilə nəticələnən kütləvi dava olub.

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Buzovna qəsəbəsi, M.Lermontov küçəsində bir neçə nəfər arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı 45 yaşlı Seyidova Elnarə Mirağa qızı, 29 yaşlı Məmmədov Elnur Rəşid oğlu və 24 yaşlı Bağırov Fikrət Qüdrət oğlu bıçaq xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanalara yerləşdiriliblər. Müayinə zamanı onların hər üçünün bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaralar aşkarlanıb

Fakt araşdırılır.

 

 

araztv.com xəbər portalı

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir