Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı – FOTO

KORONA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb.

araztv.com  bildirir ki. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 334 715 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 326 893 nəfər müalicə olunaraq sağalıb, 4 941 nəfər vəfat edib, aktiv xəstə sayı 2 881 nəfərdir.

Ölkədə son sutka ərzində 7 794, hazırkı dövrədək isə 3 567 745 test aparılıb.

 

araztv.com xəbər portalı.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir