Bu TV-nin işçiləri tam şəkildə yola salınacaq?

1622791727 0001jpg 1622799710

“Space” teleradio şirkətinə yeni rəhbər gətirilən Müşfiq Hətəmov televiziyada ciddi dəyişikliklər etməyə başlayıb.

araztv.com  Qafqazinfo-ya  istinadən bildirir ki,məlumata görə Hətəmov kanalın heyətini az qala, tamamilə dəyişmək qərarına gəlib. Belə ki, 15 ildir “Space” TV-də icraçı direktor vəzifəsində çalışan Kamil Şahverdiyevin yerinə ATV-nin vitse-prezidenti vəzifəsində işləmiş Rauf Dadaşovun gətiriləcəyi deyilir.

Kanaldan aldığımız məlumata əsasən, R. Dadaşov ya icraçı direktor, ya da proqramlar şöbəsinə rəhbər gətiriləcək.

Artıq o, bir neçə dəfə “Space”ə gələrək vəziyyətlə tanış olub. Dadaşovun Şahverdiyevin işlərini tam təhvil verməsindən sonra vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Eyni zamanda, iyunun 15-dən etibarən işçilərin əksəriyyətinin öz hesabına məzuniyyətə yola salınacağı deyilir. Bununla da, ənənəvi proqramların yayımı dayandırılacaq. İki aylıq fasilədən sonra televiziya yeni formatda, yeni işçilərlə yayıma başlayacaq.

 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir