Bloqer canlı yayımda 50 minlik auditoriyanın gözü qarşısında intihar edib

angel hernandez grado S2K Wya27jpg 1622626083

Məşhur “Instagram” bloqer Anxel Ernandes Qrado sevgilisinə təcavüz etdikdən sonra canlı yayıma qoşulub. O, polis tərəfindən saxlanılarkən isə 50 minlik auditoriyasının gözü qarşısında intihar edib.

Bu barədə “New York Post” xəbər yayıb.

Məlumata görə, gənc sevgilisinin əl-qolunu bağlayaraq onu zorlayıb, sonra isə başından balta ilə vurub. Lakin qız qaça və polisə müraciət edə bilib.

Hüquq mühafizə orqanlarının əməkdaşları canini saxlamağa çalışarkən o, öz maşınında qaçıb və telefonla polislərə silahlı olduğunu deyib. 

Polislər tərəfindən mühasirəyə alınan Qrado maşından düşüb, onları təhqir edib, sonra isə özünü vurub. Bloqer xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir