Sabahdan Bakı avtovağzalı fəaliyyətini bərpa edir

avtovagzal

“Sabah saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində 1 il 2 ay davam edən fasilədən sonra ilk avtobuslar regionlarımıza yola düşəcək”.

araztv.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəti Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, BBAK-dan 72 istiqamət üzrə 663 avtobus sabahdan etibarən xidmətə cəlb olunub.

“Səfərdən öncə avtovagzal.az saytında şəhərlərarası (rayonlararası) sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair təlimatla və şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı avtovağzallara dair təlimatla tanış olmaq tövsiyyə edilir”, – deyə qurum rəsmisi əlavə edib.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir