Metroda gedişhaqqı 97 qəpik olacaq? (RƏSMİ)

1622197087 untitled 1

 
Bakı metropolitenində qiymət artımı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, qiymət artımı ilə bağlı səlahiyyət təmsil etdiyi qurumda deyil:
“Biz metroda gedişhaqqının artırılması ilə bağlı qərar verə bilmərik. Metroda gedişhaqqını Tarif Şurası müəyyənləşdirir. Biz isə bu barədə hələ ki, Tarif Şurasına müraciət etməmişik.
Mayın 31-dən fəaliyyətini bərpa edəcək metro stansiyalarında gedişhaqqı əvvəlki qiymətlə olacaq. Metroda gedişhaqqının 97 qəpik olması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar yalandır”.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir