Paşinyan erməni diversantların tutulduğu Azərbaycan-Ermənistan sərhədinə gəldi

Screenshot 1 112

Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan bu gün erməni təxribatçıların əsir götürüldüyü sərhəd zonasına gəlib.

araztv.com yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Paşinyanın Qeqarkunik bölgəsində Kut kəndi sakinləri ilə görüşdüyü bildirilib. 

Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının 6 hərbçisi təxribat törətməyə cəhd edərkən saxlanılıb.  

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir