Bakıda “Porsche”ni aşıran sürücü məşhur milyonçunun qardaşı oğludur – FOTO

2616143

Bakıda gecə saatlarında “Porsche” markalı avtomobil qəza törədib. 

Yayılan ilkin informasiyada və hadisə şahidlərinin verdiyi məlumata əsasən, avtomobili 1990-cı il təvəllüdlü Süleymanova Aytən Qabil qızı idarə edib. Lakin rəsmi sənədlərdə “Porsche”ni Teymur Əhmədovun sürdüyü qeyd edilib.

araztv.com  Avtosfer.az-a istinadən  xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə qəza törənən vaxt sükan arxasında Teymur Əhmədov olub. Lakin o, sərxoş vəziyyətdə olduğu üçün məsuliyyətdən yayındırmaq səbəbi ilə avtomobilin Süleymanova Aytən Qabil qızı tərəfindən idarə edilməsi bildirilib.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatda həmçinin bildirilir ki, qəzanı törədən Teymur Əhmədov məşhur milyonçu Fərhad Əmədovun qardaşı oğludur.

 

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir