“Bu, bir həyəcan təbilidir” – Elman Nəsirov

ELMAN7

“Bu gün yüzlərlə kartof dolu TIR Rusiya- Azərbaycan sərhədində Samur gömrük postunda qalıb. Bu məhsullar məhv olmaq təhlükəsi ilə üz-üzədir”.

araztv.com  xəbər verir ki, bunu deputat Elman Nəsirov parlamentdə çıxışında deyib. O qeyd edib ki, təmsil etdiyi Cəlilabad rayonunda 5400 hektar kartof əkilib:

“Fermerlər gərginlik içərisindədir. Samur postunda yüzlərlə kartof dolu TIR-lar dayanıb. Bu da məhsulun yolda qalaraq məhv olmasına gətirib çıxarır. Bu, bir həyəcan təbilidir”.

 

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir