Türkiyənin keçmiş baş naziri Bülənd Ecevitin həyatına dair məlum olmayanlar jurnalist Mehmet Çetingüleçin kitabında üzə çıxıb.
PRESSDAY.az Türkiyə mediasına istinadən bildirir ki, Ecevitin vəfatından üç il əvvəl Çetingüleçe dedikləri yazılan “Ecevitin xatirələri: 12 il gizli saxlanılan vida söhbətləri” kitabında Türkiyə siyasətinin pərdə arxasında olanlardan bəhs edilir.
Kitabda Ecevitin şəxsi həyatından siyasət içərisindəki həmlələrinə qədər bir çox məsələdə özünün söylədiyi dəyərləndirmələr və etiraflar yer alır.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) hökumətinin gündəmində kürd açılımının olduğu tarixdə, dövrün baş naziri Rəcəb Tayyib Ərdoğanın Diyarbəkir çıxışında, “Kürd problemi”, “Kürd reallığı” kimi ifadələrdən istifadə etməsi üzərinə Bülənd Ecevit ailəsindən nümunə verərək mövzu ilə bağlı fikirlərini sıralayıb.
Babası Mustafa Şükrü Əfəndinin də kürd əsilli olduğunu deyən Ecevit uzun illər sonra qəbiristanlığa getdiyi zaman məzar daşında yazıdan babasının kürd olduğunu öyrənib.
Ecevit məsələ ilə bağlı fikirlərini bu sözlərlə bildirib: “Kastamonun Daday rayonu o vaxt kürdlərin yaşadığı bir bölgə olub. Ana tərəfim isə Osmanlı Sarayına əsaslanır. Nənəmin əri Səudiyyə Ərəbistanında müqəddəs torpaqları mühafizə etmək tapşırılan Şeyxul Haremeyn Hacı Əmin Paşadır.
Anamın böyük atası isə Saleh Paşadır. İndi biz nə oluruq? Kürdmü, türkmü? İki toplum o qədər iç-içə keçmişdir ki, kürd-türk deyə fərq qoymaq mümkün deyil. Belə bir ayrı-seçkiliyin heç kəsə və ölkəyə faydası olmaz. Qurtuluş Savaşını birlikdə vermişik. Geliboluda birlikdə döyüşmüşük”.
araz.az xəbər portalı.