Ölkə prezidenti ilə baş nazir həbs olundu – Hərbçilər daha bir ölkədə çevriliş etdi

somali qara gedeler

Malidə BMT missiyası bu ölkənin prezidenti Ba Ndaunun və baş nazir Moktar Uanın hərbçilər tərəfindən tutulması haqqında xəbərlərdən sonra onların dərhal azad olunmasını tələb edib.

araztv.com  xəbər verir ki, missiya, eyni zamanda ölkədə sakitliyə çağırış edib.

Daha əvvəl məlumat yayılıb ki, Malinin müvəqqəti prezidenti Ndau və baş nazir Uan həbs ediliblər. Onlar əsgərlər tərəfindən ölkənin paytaxtı Bamako yaxınlığındakı Kati hərbi düşərgəsinə çatdırılıblar. Bu, il ərzində ölkədə ikinci çevrilişin başlanğıcı təhlükəsi yaradıb. Həbs yeni hökumətin tərkibinin elan edilməsindən dərhal sonra olub.

 

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir