Azərbaycanda 3 ton çətənə kolu məhv edildi

narkotik

“Xaş-xaş 2021” şərti adı altında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Fıstıqlı və Əlibəyli kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin kəndlərin ərazisindəki meşə massivindən ümumilikdə çəkisi 3 tona yaxın olan 14 550 ədəd çətənə kolu polislər tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir