Svanlar azərbaycanlıları al-qana boyayır, kürdlər öldürür: nə baş verir?

2021 05 17 16 49 406KrNrLGYbEqw9Zy0nTpx file

 
Gürcüstanda srağagün kürdlərlə kütləvi davada azərbaycanlı öldürülüb, bir neçəsi də ağır yaralanıb. Svanlarla davadan sonra bu, ikinci bir kütləvi dava hadisəsidir.
Nə baş verir?
Azərbaycan Zəngəzur dəhlizini – Naxçıvana birbaşa yolun açılmasını gündəmə gətirəndən sonra bu hadisələr baş verməyə başladı. İllərdir Azərbaycanın nəqliyyat xəttləri (enerji və dəmir yolu) Gürcüstan ərazisindən keçərək Avropaya gedir. Bu iki-üç qat bahasına olan xətlərdən qazanan isə Gürcüstandır.
İndi isə rəsmi Tiflis narahat olmağa başlayıb ki, Azərbaycanın nəqliyyat xətləri öz ərazisindən keçəcək və ucuz və sərfəli yol olan bu layihə Şərqdən Qərbə gedəcək bütün xətlərin buradan istifadə etməsinə şərait yaradacaq. Bir sözlə, gələcəkdə Gürcüstan Azərbaycan hesabına daha varlanmayacaq.
Tiflisin bu cür etməsi mütləq cavablandırılmalıdır. Orda beş yüz mindən çox soydaşımız yaşayır. Onların taleyinə biganəlik göstərmək olmaz.
Ordakı soydaşlarımızın siyası alət kimi istifadə edilməsi və bu cür hadisələrlə üz-üzə gəlməməsi üçün ciddi addımlar atılmalıdır.
Rəsmi Tiflis xarici siyasətimizdə dəmir yumruq görməlidir.
Zaur Əliyev, dosent  

 
bakupost.az
 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir