Fələstin — İsrail münaqişəsində kimin haqlı tərəf olduğunu mübahisə etdiyimiz bir məqamda, özümüz də bilmədən, qarşı-qarşıya duran iki hissəyə bölünməyimizin acı nəticəsi ətrafdakılar tərəfindən açıq-aydın görünür. Əslində isə, həqiqət həmişə sadə və göz qabağında olur — bu qədər yaxında olan sadə həqiqətləri görməyənlərin, deməli, öz qüsurları var.
Doğrudan da, Fələstin — İsrail münaqişəsində ədalətli və haqlı tərəfin axtarışında olanlar yanlış yoldadır, çünki ortada hər bir tərəfin özünün həqiqətləri var. Tərəflərin birini seçmək üçün, təbii ki, həmin tərəfin seçdiyi prizmadan problemə baxmaq lazım gəlir, ancaq bizim, yəni, Azərbaycanın öz baxış bucağı var; O baxış bucağının adı isə, Azərbaycanın milli maraqlarıdır! Kimliyindən, hətta dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən hər bir kəs, hər bir dövlət bizim dostumzudur. Təbii ki, qarşılıqlı olaraq, Azərbaycan da, həmişə dostluğa sadiq qalan dövlət kimi özünü təsdiqləyib, milləti və xalqı da, eynən özü kimi!
Yeri gəlmişkən, xüsusi olaraq onu vurğulamaq istəyirəm ki, İsrailin Azərbaycan üçün nə qədər önəmili olduğunu, baş vermiş son üç hadisə təkrar-təkrar təsdiqlədi, yəni:
— Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəlin Azərbaycan, Türkiyə və Ermənistan haqqında dediklərinin bizim üçün xoş olmaması, Ərdoğanın Fələstin məsələsinə də, Qarabağ məsləsi kimi yanaşmasını tənqid etməsi;
— Bunlar azmış kimi, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Mustaba Zonnurininin Azərbaycana qarşı qərəzli açıqlaması,
— Ən nəhayət, Avropa Parlamenti tərəfindən, erməni terrorçularını dəstəkləyən və Bakıda “Hərbi Qənimətlər Parkının” bağlanmasını tələb edən Qətnamənin qəbul edilməsi.
Ümumiyyətlə, Ermənistan — Azərbaycan qarşıdurması fonunda, İranın və Fələstinin Ermənistan, İsrailin isə, Azərbaycan sevgisi Fələstin — İsrail qarşıdurmasında Azərbaycanın məntiqli, əsaslı və haqlı mövqeyini çoxdan müəyyən edib. Məhz buna görə də, Azərbaycanın dost İsrail dövlətinin yanında olmağı təbii zərurətdir.
İranın Azərbaycana qarşı xəyanətkar, riyakar və ikiüzlü siyasəti barədə, ortada olduqca çoxlu təkzibedilməz faktlar mövcuddur. Bu haqda təkrar-təkrar yazmağa dəyməz və buna, heç lüzum da görmürük. Çünki hər şey göz qabağındadır. Ancaq, mən, fikrimi bir cümlədə deyəcəm — Fələstin mənim üçün İran — fars — molla rejiminin anklavıdır. İranın və Fələstinin Ermənistandan heç bir fərqi yoxdur və eləcə də, əksinə. Bu məslədə din və inanc öz dəyərində deyil, yalnız və yalnız, İran — fars — molla rejiminin teokratik üsul-idarəsinin saxlanması üçün bir vasitədir. İran İslam dövləti deyil, İslamı parçalayan, əsl şiyəçiliyi İran — fars — molla reyiminin süni yaratdığı şiyəçiliyə difuz etdirən, süni “şiyəçiliklə” idarə olunan “millətlər və xalqlar həbsxanasıdır”. Fələstin isə, faktiki olaraq, İranın anklavıdır və Azərbaycan üçün heç bir önəmə və dəyərə malik deyil. Əgər, bu məslədə İslamı və müsəlmançılığı bayraq edib, qəsdimizə duranların müdafiəsini istəyənlər varsa, deməli, onların, əvvəlcədən dediyim kimi, özləri qüsurludurlar və onlara fikir vermək lazım deyil.
Azərbaycan üçün heç bir hüquqi qüvvəyə malik olmayan Avropa Parlamentinin dünən qəbul etdiyi Qətnamə, Ermənistana xristian həmrəyliyinin növbəti nümunəsidir. Bəs, həmin o müsəlman dövləti deyilən İran və Fələstin, nədən, Azərbaycana qarşı İslam həmrəyliyi göstərmirlər?!
Ötən əsrin 90-cı illərindən bu günədək, həmin o İsrail dövləti, müstəqilliyini yenicə qazanmış Azərbaycan Respublikasının yanında oldu, haqq savaşında həmişə dövlətimizə dəstək nümayiş etdirdi. İsrail lobbisi isə, Azərbaycana olmazın dəstəyini verdi. 44 günlük Vətən Müharibəsində də, İsrail və onun yəhudi lobbisinin ölkəmizə hərtərəfli dəstəyi göz qabağındaydı. Konkret desək, onlar, Azərbaycanın beynəlxalq səviyyədə təklənməsinə imkan vermədilər. Hətta yəhudilər Azərbaycan uğrunda vuruşub, şəhid də oldular. Hal-hazırda, post-müharibə dövründə belə, İsrail Azərbaycanın siyasi və diplomatik mübarizəsində yanındadır.
Avropa xristian birliyinin Azərbaycana qərəzli yanaşması fonunda, İsrailin bu önəmi bizim üçün əvəzsizdir. O ki qaldı Avropa Parlamentinin Qətnaməsinə, həmin sənədin heç bir hüquqi qüvvəsi yoxdur və o sənəd, AP-nin növbəti qərəzli, ikili və riyakar siyasətinin nümunəsidir. Bu məsələ, Avropa Birliyinin, İranın, eləcə də, onun anklav Fələstininin həmrəylyi və Azərbaycan üçün, qarşı tərəfin cəbhə xəttidir. Bu Qətnamə bir daha onu göstərir ki, Azərbaycan həmin Azərbaycan deyil və Azərbaycanı haqq yolundan nə Ermənistan, nə Fransa, nə də digər mənfur düşmənlər dayandıra bilmir. Elə, buna görə də, Azərbaycanı gözü götürməyənlər, belə bir kütləviliklə istədikləri iyrənc təzyiq üsullarına əl atırlar.
Sonda, bir daha onu qəti şəkildə vurğulamaq istəyirəm ki, bu Qətnamə Azərbaycanın gücünun etirafını əks etdirən təkzibolunmaz bir faktdır.
Vüqar DADAŞOV,
hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi.
araz.az xəbər portalı.