Ərdoğan Türkiyənin milli vaksinindən danışdı

erdogan 1 e1621669943708

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədən olan alimlərin hazırladığı milli vaksinin dövriyyəyə buraxılmasından danışıb.

araztv.com publika.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti bu vaxta qədər əldə olan vaksinləri bütün dünya ölkələri ilə paylaşdıqlarını bildirib: “Yerli vaksinimiz hazır olar-olmaz vətəndaşlarımızla bərabər bütün insanlığın istifadəsinə verəcəyik. Türkiyə olaraq pandemiyanın ilk günlərindən əlimizdə olan vaksinləri dost və qardaş ölkələrlə bərabər paylaşdıq. Həmin dövlətlərə süni nəfəs aparatları göndərdik. Bu günə qədər vaksinasiyadan keçən vətəndaşlarımızın sayı 27 milyondan artıqdır. Türkiyə vaksinlərin bərabər paylanmasının tərəfdarıdır”. 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir