Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) ilə, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
DVC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Mənsurə Məhərrəmovanın araztv.com-a verdiyi məlumata görə, imzalanma mərasimində GİKM-in Baş direktoru Rəvanə Həşimova və DVC-nin sədri Ülviyyə Axundova iştirak ediblər.
Məlumatda bildirilir ki, bu memorandumun məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi, debat vasitəsilə araşdırma, arqumentləşdirmə və əsaslandırma bacarıqlarının artırılması, həmçinin, müxtəlif fəaliyyətləri ilə, onların hərtərəfli inkişafının təmin olunmasıdır.
Tərəfdaşlıq çərçivəsində DVC və GİKM arasında birgə proqramlar və layihələr həyata keçiriləcək, DVC-nin aparıcı proqramlarından olan Milli Debat Proqramı və GİKM nümayəndəlikləri arasında inteqrasiya təmin olunacaq.
Məlumatda o da bildirilir ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi proqramlar çərçivəsində yerli və beynəlxalq qurumlarla, təşkilat və şirkətlərlə əməkdaşlıq edir. Ümumiyyətlə, Milli Debat Proqramı, debat vasitəsi ilə, gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli bir proqramdır. Gənclərin İnkişaf və Karyera Mərkəzinin məqsədi isə, dövlət gənclər siyasətinin tələblərinə uyğun, ölkə gənclərinin hərtərəfli inkişafının təmin olunmasını nəzərdə tutur.
***
DVC и GİKM подписали меморандум о сотрудничестве
Меморандум о сотрудничестве был подписан 18 мая между Центром Развития Молодежи и Карьеры (GİKM) и Общественным Союзом “Дебат в Гражданском Обществе” (DVC). На церемонии подписания присутствовали Генеральный директор
GİKM Равана Хашимова и председатель DVC Ульвия Ахундова. Цель меморандума является развитие культуры публичных выступлений среди молодежи, повышение исследовательских и аргументированных навыков посредством дебатов, а также обеспечение развития молодых людей посредством различных мероприятий. В рамках партнерства будут реализоваться совместные программы и проекты между DVC и GİKM, а также обеспечена интеграция между Национальной Дебатной Программой, одной из ведущих программ DVC и представительствами GİKM.
Общественный Союз “Дебат в Гражданском Обществе” (DVC) сотрудничает с местными и международными организациями, организациями и компаниями в рамках программ. Национальная Программа Дебатов — это программа на уровне страны, направленная на личностное развитие и просвещение молодежи и подростков посредством дебатов. Целью Центра Развития и Карьеры Молодежи (GİKM) является обеспечение всестороннего развития молодежи в соответствии с требованиями государственной молодежной политики.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.