Zəngəzurda növbəti danışıqlar bitdi: Azərbaycan tərəfi…

azerbaycan ermenistan post

İşıqlı Qaragöl ətrafında bu gün saat 14:00-da başlayan görüş başa çatıb.

araztv.com “MediaPort”a istinadən xəbər verir ki, bunu Goris bələdiyyə sədrinin müavini Menua Hovsepyan deyib.

O bildirib ki, Azərbaycan tərəfi bəzi şərtlər irəli sürüb. Danışıqlar 2 gün ərzində davam edəcək.

Məlumata görə, görüşdə Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin təmsilçiləri və Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov iştirak edib.

Bildirək ki, İşıqlı Qaragöl Laçın və Gorus rayonu arasında yerləşir, 1987-ci ilin 17 oktyabrında Azərbaycan və Ermənistan SSR-in birgə qərarı ilə yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğuna daxildir. Ermənistan Laçını işğal etdikdən sonra dövlət sərhədini irəli çəkib, indi Azərbaycan dövlət sərhədini bərpa edir.

 

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir